Tərkibi: Toyuq ciyəri-600 q Yumurta-2 ədəd Kök-1 ədəd Soğan-1 ədəd. Smetan-3 xörək qaşığı Un-2 xörək qaşığı Qat-qat xəmir-500 q Duz-istiot- zövqə görə “Möcüzə” duru yağı(qarğıdalı) Hazırlanması: Soğanı xırda-xırda doğrayıb yağda bir az qovururuq. Sonra kökü təmizləyib, sürtkəcdən keçirib soğanın üzərinə əlavə edirik. 5 dəqiqə birlikdə qovururuq.Toyuq ciyərini yuyub blenderdə yaxşıca qarışdırırıq. Sonra bişirdiyimiz kök və soğan qarışığını əlavə edib yenə qarışdırırıq. Yumurtanın sarısını, smetan və duz-istiot üzərinə əlavə edib yenə qarışdırırıq. Blenderin bıçağını çıxarıb un əlavə edirik və əl mikseri ilə yavaş-yavaş qarışdırırıq. Sonra isə yumurtanın ağını əlavə edib yenə qarışdırırıq. Qat-qat xəmiri eyni ölçüdə dördkünc kəsirik. Və biskivit üçün olan formalara yerləşdirib içliyi üzərinə qaşıqla az-az əlavə edirik. Əvvəlcədən isinmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişiririk. Toyuq ciyərindən qəlyənaltımız hazırdır. Nuş olsun!

Posted inSalatlar / Qəlyanaltılar