Tərkibi: Qat-qat xəmir Pendir-250 q Şüyüd- 1 dəstə Zeytun- 200 q Hazırlanması: Pendiri sürtkəcdən keçiririk. Şüyüdü və zeytunu təmizləyib xırda-xırda doğrayıb qarışdırırıq. İçliyimiz hazırdır. Qat-qat xəmiri açıb üzərinə hazırladığımız içliyi əlavə edib rulet formasında bükürük. Sonra onu bıçaqla şəkildə gördüyünüz kimi kəsirik. 220 dərəcə qızdırılmış sobaya qoyuruq. 10-15 dəqiqə qızılı rəng olana qədər bişiririk. Qat-qat xəmirdən hazırladığımız ruletlər hazırdır. Nuş olsun! Qat-qat xəmirdən rulet hazırlanması qaydasına bir də videoda baxaq.

Posted inSalatlar / Qəlyanaltılar